DİLİNDƏ /Sənət dostumuz Aşıqlar birliyinin üzvü Tural İrfana/

Bu baharın qismətini
Çiçəklərə yaz dilində
Aşıq ,sən də dastan bağla
İlk baharın yaz dilində

Aşıq, sazı gətir dilə
Vur mizrabı sarı telə.
Elə danış təbiətlə
Təbiətin öz dilində.

Eşitt bülbülün səsini,
Gül eşqiylə naləsini.
Gül bülbülə sevgisini
Pıçıldayar naz dilində.

Gözlərin dolur eləmi,
Çalanda “Yanıq Kərəmi”?
Aşiqin kəm taleyini
Çala-çala poz dilində.

Aşıq, etmə giley-güzar,
Hər işin bir hikməti var.
Qəlbin coşar ,dilin susar
Danışarsan saz dilində

TAMARA RUSTAMOVA  TƏNHA BULUD
www.kafiye.net