ANA SÜDÜ.

Çeşmələrin ən təmizi
Nurlandırır qəlbimizi
Odur insan eden bizi
Müqəddəsdir ana südü..
*
Əvəzi yox bu nemətin
Verir cana təravətin
Rəbbim veribdir qiymətin
Müqəddisdir ana südü.
*
Tükənməzdir,ümmandır o
Körpə cana dərmandır o
Hər bir ömrə fərmandır o
Müqəddəsdir ana südü..

Nazlı Hacılı.
www.kafiye.net