Kül Altında

Kül altında köz qalıb
Deyilməmiş söz qalıb
Yetiş sonra gec olar
Ömürə vəfa az qalıb.

Dağ başına çən gələr,
Duman gələr çən gələr
Yollarına baxmaqdan 
Gözlərimə nəm gələr.

Dağlar ağ papaq qoyar,
Qardan ağ papaq qoyar
Yar-yardan ayrılanda,
Hər yetən bir ad qoyar.

Nahidə Tağıyeva
www.kafiye.net