YANDIRIN TONQALLARI

Dayanmayın,durmayın,
Tonqalıarı yandırın!
Harda sönən ocaq var,
Təzdən alovlandırın!

Bu odun,bu ocağın
Qalxsın göyə şöləsi.
Görüb,çıxsın yağının
Gözlərinin giləsi.

Od üstünə od atın,
Ki,sönməsin alovlar.
Dondurub,üşütməsin
İçimizi qırovlar.

Qardan,sazaqdan deyil,
Oddan yaranmışıq biz.
Yana-yana dünyada
Öndə dayanmışıq biz!

Od oğlu,od qızıyıq,
Kül olub,sönmərik biz.
Tutduğumuz bu yoldan
Durub da dönmərik biz!

Yandırın tonqalları!
Üstünə səpməyin su.
Gözlərində qalmasın
Şəhidlərin arzusu.

İşıxlansın bu oddan
Sərhəddimiz,səddimiz.
Əyilməsin,sınmasın
Vətən!- deyə,qəddimiz.

Görüb bu od-alovu
Pərən düşsün yağılar.
Şəhid verib,deməsin
Day,el-oba ağılar.

Dövrə vurub,tonqalın
Ətrafında hay çəkin.
Qılınc-qalxan götürüb,
At oynadın,yay çəkin!

Müqəddəsdi,əzizdi
Bu od-alov bizlərə.
Sönüb də,bu başımız
Əyiıməsin dizlərə…

Yandırın tonqalları!
Düşmən bağrı çatlasın.
Çalmayınca qələbə,
Oğul olan,yatmasın!

NAHİDƏ TAĞIYEVA
www.kafiye.net