NƏYİNƏ LAZIM ADAM ?

İndi nəyinə lazım nəyinə lazım adam
İndi nəyinə lazım mənim hara getməyim,
Saçımı kəsdirməyim mənim necə geyməyim .
Danışanda gülməyim , kiməsə can deməyim,
Söylə indi sən adam nəyinə lazım axı?
Nəyinə lazım axı söylə indi sən adam?

Mənim kimi sevməyim, kimin çün dərd çəkməyim,
Gözlərimi kiminsə yollarına dikməyim,
Kiminsə sevgisindən bir Leylaya dönməyim, 
Nəyinə lazım adam söylə axı sən indi?
Mən saçımı kəsdirib neçə rəngə boyadım,
Getdiyim bir məclisdə hansı rəqsi oynadım,
Nəyinə lazım axı mən səni unutdummu,
Yoxsa yadda saxladım yenədə əvvəlki tək,
Sənin üçün ağladım gecəni sənin üçün,
Aynalarda dayanıb günəşin doğmasını,
Yenə də gözlərimlə mən özüm qarşıladım.
Nəyinə lazım axı nəyinə lazım adam?


Artıq bu gündən belə sənin üçün bir yadam.
Çevrilib sənin üçün birdə doğma olmaram .
Səninlə birdə heç vaxt inanma qarşılaşam.
Birdə sənin üzünə sevgi ilə mən baxam.
Nəyinə lazım axı, nəyinə lazım adam?


Hər yetəndən məni sən soruşub maraqlanma,
Halım necədir deyə indi narahat olma.
Soruşma ki evliyəm yoxsa hələ subayam.
Maraqlanma nə bilim indi necə haldayam.
Nəyinə lazım adam nəyinə lazım sənin?
İndi mənim həyatım nəyinə lazım sənin?

Nahidə  Tağıyeva
www.kafiye.net