Keçmişdən Məktub

Hərdən öz evində darıxıb insan,
Hərdən öz evində belə yad olur.
Doğmalar içində kimisə gəzir,
Doğmaları belə hərdən yad olur.
Arada bir düşüb addım izinə,
Düşüb yavaş-yavaş sən yol alırısan.
Döyüb xatirənin qapılarını,
Gizlin bir otaqda qonaq olursan.
Gəzib yaddaşının künc –bucağını
Axtarıb keçmişi varaqlayırsan.
Tapıb unudulmuş olan sevgini,
Hamıdan gizlində sən ağlayırsan.
Birdə ondan qalan köhnə məktubu,
Titrək əllərinə alıb əlinə,
Başını ehmalca əyib önünə,
Yazılan məktubu xatırlayırsan.
Elə bil dünəndi dünən yaşanıb.
Aradan heç illər ötüb keçməyib.
Sənin saçlarında dənin izləri,
Üzünü qırışlar hələ örtməyib.
Hələ də cavansan qəlbin döyünür,
Sevgi məhəbbətlə hələ öyünür.
Açırsan məktubu titrək əllərlə
Gözlərin tələsik sətiri gəzir.
Axtarıb tapdığın o üç kəlmədə.
Elə bil cənnətin ətri gəlir.
Sevincək məktubu sıxıb sinənə.
Astadan dodağın sözlər söyləyir.
Kimsə eşitməsin duymasın deyə,
Gözlərin ətrafı yaman seyr edir.
Alıb gizlədirsən sevgi məktubun
Heç kimin gümanı gəlməyən yerdə
Sənin axtardığın sənin bildiyin
Sevgi məktubunun olduğu yerdə.
Elə bil hamısı dünən yaşanıb,
Məktubu lap dünən almısan ələ,
Sevincdən gecəni sən yatmamısan
Gözlərin yuxulu yuxulu hələ.
Gözlərin ağlayır səndən xəbərsiz,
Göz yaşın yol alır titrəyən ələ,
Səni xəyalından ayırır bu yaş
Gün həmin gün deyil ,nədə həmin yaş.
Ömür ötüb keçib illər tələsib
Sənə o günlərdən məktublar gəlib.

Nahidə Tağıyeva
www.kafiye.net