Və…
Və başlayıram o hekayəni,dostlar. Axı,söz vermişdim.

Pöhrələyən Kəsilmiş Ağac
(Olmuş hadisə)

İçkini görən gözü oımayan Vüqar indi stəkan-sitəkan içir,siqareti siqaretə calayırdı…
Kəklik səsə oyanıb,həyətə çıxanda,artıq iri,qollu-budaqlı ərik ağacı böyrü üstə yerə sərilmiş və ömrünün son anlarını yaşayırdı…
Dəmir saplı baltanın cansıxıcı səsi adamın ətinu ürpəşdirirdi.Qan-tər içində olan. Vüqar başı kəsilmiş bir heyvanın iliyini vurmağa hazırlaşan qəssaba oxşayırdı.Nəhayət, ağacın da iliyi vuruldu…
Qanı isə Kəkliyin ürəyindən axdı….Ağac hər bahar çiçəkləsə də,barını saxlamırdı.
-Niyə kəsdin,Vüqar?-Kəklik soruşdu.
-Bar verməyən ağac kimə gərəkdir ki?-
Vüqar dedi.Və baltanı daha zərblə vurdu canını tapşırmaqda olan ağacın sinəsinə.
Balta ağaca yox,sanki Kəkliyin ürəyinə dəydi.Parçaladı,param-parça etdi ürəyini.Hər parçası düşdü bir səmtə.Və…
Və buğlana-buğlana təkrar etdilər o param-parça ürəyin hər bir tikəsi sanki Vüqarın dedik-lərini:”Bar verməyən ağac!..Bar verməyən ağaaaaaccccc!..”. Bu səs dağlara-daşlara yayıldı.Əks-səda etdi. Sonra da qayıdıb,şillə kimi dəydi Kəkliyin sifətinə…

Yata bilmədi.Yorğan-döşək gicitgınə dönmüşdü. Dalayırdı bədənini… Qanrılıb,baxdı divardakı saata. Duz gecə saat iki idi.Qalxdı. Xalatını geyinib,alaqaranlıq otaqda o baş-bu başa addımladı. Sonra işıqları yandırdı. Dayandı böyük güzgünün qarşısında.Üz-gözünə tökülmüş pırtlaşıq saçlarını barmaqları ilə daradı.Baxdı özünə.Öz-özünü tanımırmış kimi… Əlləri ulə üzünü örtdü. Dayandı beləcə. Dayandı…dayandı… Sonra başını qaldlrıb, divar xalçası üzərindəki qoşa şəklə baxdı.Ax!..Neçə də şəndilər?!..Məmnun-məmnun gülümsəyirdi  Vüqar rəsmdə… Dünyada hər
şeyə sahib olan birisi gülümsəyə bilər yalnız beləcə…Kəklik də külümsəyir… Ancaq birdən ona elə gəldi ki, gülmür. Və bu da bir ayrı cürə ağlamaqdı.Gülə-gülə ağlamaqdı… Elə cürə ağlamaqdı ki,bu cürə kimsə ondan savayı ağlaya bilməz və… Və bu ağlamağın dadı da,təmi də başqadı. Bə, bir başqa cürə ağlamaqdı bu…

Səs eşitdi.İniltiyə,xırıltıya bənzər bir səs. Sonra bu səs gücləndi .Bəlkə…Yox, bu qarabasma-zad deyildi…Özünü atdı bayıra. Vüqar idi…Yıxılmışdı.Alnından axan qan üzü aşağı züzüb,köynəyini bulamışdı.Cəld hərəkətlə onun başını qaldırıb, sıxdı sinəsinə…. Kəskin araq qoxusu onun burnunu qıcıqlandırdı. Əti ürpəşdi.Xalatının cibindən dəsmalını çıxarıb,qoydu onun yarasının üstünə…Və birdən Kəkliyə elə gəldi ki,Vüqar həmin şəkildəki kimi baxır. Bədəninə isti bir duyğunun yayıldığını hiss etdi.Unutdu bir anlığa hər şeyi. Əyildi.Saçlarından öpdü . Sonra da dodaqları alnında, üzündə-gözündə gəzdi … Göz yaşları mirvari kimi axıb töküldü Vüqarın üzünə.
Astadan:
– İçmə bu qədər!- dedi.
Vüqar başını onun sinəsindən çəkdi.Dizlərini qucaqlayıb,oturdu. Sonra da sərxoşluqdan zorla açdığı gözlərini tuşıadı buludlarla gizıənpaç oynayan aya.Baxdı,baxdı…Sağ əlinin kəfəsini aldı dişləri arasına.Qan çıxana qədər sıxdı…
-Niyə evdən qaçırsan,Vüqar?-səsi titrəyə-tit- təyə soruşdu Kəklik,-Niyə içirsən?

– Niyə içirsən?- Kəklik təkrar soruşdu.
– Niyə?!- yumruğunu zərblə vurdu dizinə, Bilmirəm!- dedi Vüqar,- Bilmirəm!..Heç özüm
də bilmirəm!..
Dayandı.Dişlədiyi əli ilə yerdən bit ovuc torpaq götürdü. Barmaqları arasında var gücü ilə
sıxdı, sıxdı… Sanki bütün günahlar bu bir ovuc torıaqda imiş. Sonra da o torpağı sovurdu havaya qəzəblə,kinlə… Hər iki əliylə yapışıb köynəyinin yaxasından dartdı.İki tikə edib,çıxardı əynindən. Ovüşdürub,basdı üz-gözünə…Özözünə danışırmış kimi astadan,az qala pıçıltıyla:
-Tək burax məni!- dedi,-Burax məni dərdlərimlə,Kəkıik!.. Susdular.Ay girdi buludların arxasına.İki gecəquşu başları üstündə dövrə vurub,ora-bura uçuşurdu…Sükutu Kəklik pozdu:
– Nədir dərdin,Vüqar?
– Bilmirəm!- pıçıldadı Vüqar,-O ev yeyir məni… Yeyə-yeyə çatıb ürəyimə… Cəhənnəm əzabı ilə yaşayıram o evdə…Cəhənnəm əzabıyla!.. Eşidirsən?..Cəhənnəm əzabıyla!..
-Vüqar!..
– Cəhənnəm əzabıyla!
– Vüqar!!!
– Evim-eşiyim,varım,dövlətim… Düşünəndə ki,bunlar heçdir,- Vüqar pıçıldadı,-öləndən sonra yurdumda bayquşlar ulayacaq…
-Qoparma ürəyimi,Vüqar!-Kəklik də eyni pıçılyıyla dedi,-Qoparma ürəyimi!..
– Bəsdir!- Vüqar hər iki əlilə başını döyəclədi,- zəhləm gedir hamıdan!- dedi.
– Qurtarma özünü də,məni də,Vüqar!- Kəklik az qala iniltiylə dedi.
-Yuxuda da uşaq səsi eşidirəm…
– Aman Allah!..
– Diksinib,ayılıram…
– Vüqar!- Kəklik qalxdı ayağa.Başı gicəlləndi.Səntirləndi.Yıxılmamaq üçün bir təhər yenə oturub yerə,tutdu onun qolundan,- İnsafın olsun,Vüqar!- dedi.
– Körpə səsi istəyirəm!..
– Vüqar!..
– Körpə qığıltısı istəyirəm!..
– Bəs mən?!- Kəklik inildədi.Səsi titrəyə-titrəyə dedi, – Mən istəmirəm?
– Kimdi günahkar?- Vüqar başını qaldırıb,soruşdu.Sonra da təkrar elədi,- Kimdi günahkar?
-Qoparma ürəyimi!..
-Yaşım otuzu haqlayıb.- onu özündən aralayıb,dedi Vüqar- Yaşıdlarımın uşaqları məktəbə
gedir…

Kəklik şaxta vurmuş yarpaq kimi titrədi.Və birdən ona elə gəldi ki,əzəlki ürəyini çıxarıblar Vüqarın. Atıblar onu hara gəldi.Yerinə bir parça daş qoyublar.Sopsoyuq,bumbuz,qapqara bir daş… Döyünməyən, duymayan,amansız, qansız bir daş!..O daşı qızdıra biıəcəkdimi Kəklik? O daşın içinə girə biləcəkdimi yenidən? O daş evin qapısı da daşdandı…
– Daha dözə bilmədim!- Vüqar əlləri ilə üzünü örtüb,pıçıldadı, – Bacarmadım özümlə,Kəklik! Deyə bilmirdim sənə.Xəcalət çəkirdim,utanırdım… Ona görədi də içdiyim bu zəhirmarı… İstəmişəm deyəm. Amma gözlərinə baxanda, sözlərim qalıb xirtdəyimdə. Boğulmuşam. Götürüb ata bilməmişəm qıvrılıb,sinəmdə yatan gürzəni…Deyə bilməmişəm. Deyə bilməmişəm ki, bir körpə həsrəti silib sənin məhəbbətini qəlbimdən ,Kəklik.Silib həmişəlik!..
– Yox!- Kəklik öz ovu üstünə atılmış vəhşi quş kimi şığıdı sanki onun üstünə.Əvvəlcə başını hər iki əlilə tutub,zillədi baxışlarını gözlərinin içinə.Sonra doladı qollarını boynuna,- Yalandır!- dedi,- De ki,yalandır!..De ki,sevirsən  məni!.. De ki,sevirsən!..Əvvəlki kimi!..Hələ,ondan da çox!..Lap çox!.. Eləmi?.. Eləmi,Vüqar?..
– Bir dəfə gecə bundan da çox içmişdim.İçmışdim ki,deyəm içimdəkiləri sənə. Qurtarım
biryolluq.Amma…Amma gördüm ki,yatmısan. Ona görə də yenə deyə bilmədim,- Vüqar onun
qolları arasında pıçıldadı,- Uşaq kimi yatmışdın. Sanki evliliyimizin ilk gecəsindəki kimi yatmışdın… Qıymadım… Oyatmadım… Oyada bilmədim səni ,Kəklik!..
– Bəs ilk görüşümüz necə?- Kəklik onun saçlarından öpə-öpə pıçıldadı,- Yadındamı? Yağış
yağırdı… Yadındamı?..
– Oyatmadım həmin gecə səni.Uşaq kimi yatmışdın…Sağ əlini başının altına qoyub,yuxulayırdın. Baxdım,baxdım… Aman Allah!..Birdən səni itirəcəyimdən,həmişəlik itirəcəyimdən qorxdum. Anlayırsanmı?.. Əsdim,titrədim şaxtaya düşmüş çırımçılpaq adamlar kimi…
– Yamanca islatmışdı səni yağış,- Kəklik Vüqarın saçlarından öpə-öpə öz dünyasındaymış kimi pıçıldayırdı,- yadındamı? O günü deyirəm… İlk görüş günümüzü…
– Sanki yatmışdım.Silkələndim,oyandım birdən o gecə,-Vüqar onu eşitmirmiş kimi dedi,Sənsizlik qorxutdu məni.Unutdum sanki hər şeyi birdən.Dedim ki,cəhənnəm olsun uşaq da, hər şey də!.. Birdən də məndə elə hisslər oyandı ki… İstədim hər şey sənin gəlin gəldiyin ilk gecədəki kimi olsun. Eyni ilə… Elə,həminki gecədəki kimi…
-Yadındamı o yağış?- Kəklik onun üz-gözündən öpə-öpə pıçıldayırdı,
– Deyirdin ki,su aydınlıqdır,bəxtimizdəndir bu yağış…
– Əyilib,üzündən öpdüm o gecə.- Vüqar Kəkliyin dediklərini eşitmədən pıçıldadı,- Sonra da
gözlərindən öpdüm… O gecə ağlaya-ağlaya yatdığını da islaq kipriklərin dedi mənə… Həmin
gecə bir ayrı cür gecəydi!-  Vüqar ağlayırdı. Və gözlərindən süzülən yaş Kəkliyin əllərini islatmışdı,
– Bir ayrı cür gecəydi həmin gecə!Hər şey dəyişə bilərdi o gecə…
-Yağış kəsmədi həmin gün…
Kəklik əli ilə onun islanmış yanaqlarını sildi.
Sonra da başını sıxdı sinəsinə.Öpdü,oxşadı…
-Hər şey dəyişə bilərdi o gecə!- Vüqar öz başını Kəkliyin döşündən çəkmədən deyirdi,- Sən-
sə yatmışdın.Xəbərsizdin məndən də içimdəki fırtınalı təlatümdən də. Bir dənizdim sanki o ge-
cə.Onun kimi qabarırdım…Onun kimi çəkilirdim…Əlin ovuclarımın içindəcə ağlayirdım.Ağlayırdım hönkürtü ilə.Sənsə bundan xəbərsizdin…
– Həmin yağışlı gündəcə də öpdün məni.Birinci dəfə…Qəflətən…Heş özüm də bilmədim,
necə oldu bu…
– Ağlayırdım həmin gecə.Sənə də ağlayırdım, özümə də. Sənsə yatmışdın. Ağlaya-ağlaya
başımı qoydum sinənin üstünə…
– Həmin o yağışlı gün məni öpdükdən sonra bir xeyləy baxa bilmədin gözlərimin içinə.Uşaq
kimi olmuşdun.Əllərin dı əllərimin içində tir-tir titrəyirdi…
– Lənətlədim özümü də,mənə dinclik,rahatlıq verməyən fikirləri də.Ancaq oyatmadım səni o
gecə,
-Vüqar köksünü ötürdü,
– hər şey,hər şey dəyişə bilərdi o gecə!..Gördüm yuxuda da çəkirsən içini…
– Bir ayrı cürə öpdün məni o yağışlı gün! –
Kəklik islaq dodaqlarını onun üz-gözündə,saçlarında gəzdirə-gızdirə pıçıldayırdı,
– Bir ayrı cürəydi o öpüş!..Sonra o cürə öpə bilmirdin…
-Çox içmişdim həmin gün. Bilərəkdən çox içmişdim.Həm də lap çox,xirydəyimə qədər…İçmişdim ki,utanmayım. Deyim hər şeyi.Hər şeyi sonadək.Nöqtəsinəcən,vergülünəcən!..Deyə bilmirdim, ancaq. Yatmışdın. Baxdım,baxdım…Və sonra da…Sonra da paltarlıca uzandım yanında. Hə,elə paltarlıca… Çıxdı yadımdan bütün gün boyu əzbərlədiyim sözlər,hansı ki,sənə deyəcəkdim… Gördüm,özüm də bir ayrı cürəyəm o anda.Gördüm ki… Gördüm ki,lap burnumun ucu göynəyir səndən yana…
-Külək də bir ayrı cürə əsirdi həmin yağışlı gün… Mən getdim. Sənsə… Sənsə qaldın, yadındamı?.. Yadındamı?.. Deyirdin ki,dünyanın ən yaxşı ağacıdı o söyüd…Adlarımızı qoşa yazdığımız o budaq necə,yadındamı?..
– Bir ayrı gecəydi həmin gecə…Toy gecəmizdəki kimiydi həmin gecə… Uzanmışdım yanında və… Və qoxlayırdım səni…Bir başqa cürəydin sanki həmin gecə. Bir başqa cürə ətrin varıydı o gecə… Dağ nanəsi ətri gəlirdi səndən… Hər şey dəyişə bilərdi…Qucaqlamaq,bağrıma basmaq, öpmək, oxşamaq keçdi içimdən səni. Hər şey dəyişə bilərdi həmin gecə!..Hər şey!.. Elə həmin anda da eşitdim “o” səsi…
– Yadındamı…
– Həmin anda da eşitdim “o” səsi…
-Yadındamı…
– Qonşunun körpəsiydi ağlayan…
– O gün…
– Göynətdi ürəyimi həmin səs.Bircə anda dəyişdi məni o səs,qabığını soydu yaramın.Və gördüm ki…
– O söyüd ağacı…
– Və gördüm ki,sən dəyişdin birdən. Bir ayrı cürə oldun. Adiləşdin. Kiçildin gözlərimdə. Sanki özün deyildin…Sanki tanımadığım biriydin…Və çəkiıdim yanından.Cumdum bayıra…Başa düşdüm ki…
– O yağışlı gün…
– Başa düşdüm ki,daha sən yoxsan,Kəklik!.. Yoxsan!..Düşündüm ki,xoşbəxt ola bilməyəcəksən mənimlə,Kəklik!..
– O kulək…
– O səs qovdu məni…Qovdu məni,Kəklik!..Qovdu,qovdu…Qaçmaq istədim,qurtilmaq istədim o səsdən, Kəklik!..O səs ayrı cürəydi…Bir ayrı cürəydi o səs,Kəklik!..Eşidirsən,bir ayrı cürəydi!..
– Aman Allah!..Elə də yağış olardı?…
– O səs dəyişdi məni…Daha mən də bayaqkı özümə oxşamadım.Kobudlaşdım…
– Dünyanın büyün yağışlarıydı sanki yağırdı o gün…
– Zalimləşdirdi o səs məni.Yenidən cumdum evə.Qapını necə açdığımı da bilmədim…
– O yağış…
– Sənsə yatırdın…Dedim ki,daha sevmirəm səni!.. Görmək istəmirəm səni!.. Dedim ki,peşiman olmuşam səninlə evliliyimə…Sənsə oyanmadın.Oyanmadın,Kəklik…Eşitmədin dediklərimi… Və Kəklik indi oyandı… Və indi eşitdi Vüqarın həmin gecə ona demək istədiyi sözləri. O sözlər bir zəhərli ilan olub,dolaşdı boğazına. Sıxdı,sıxdı… Gözlərinə çökən qaranlığın zülmətində çırpındı, çabaladı… Və xəyallarının dənizində asyaasta,şirin-şirin gəzdiyi qayığın yelkəni cırıldı, avarı düşdü əllərindən…Hara aparırdı onu bu qayıq? Bu qayığa dünəni yüklənmişdi Kəkliyin. Ağır idi yükü…Çəkə biləcəkdimi bu yükü qayıq? Çıxara biləcəkdimi sahilə Kəkliyi?..Əlvida,sahiı!.. Əlvida,söyüd ağacı!..
– Mən kobudam!..Mən zalımam!..Mən kötüyəm!..Daşam!.. Vüqar bunları deyib,çəkdi başını sunəsindən Kəkliyin.Və səndələyə-səndələyə addımladı evə sarı.Və gedə-gedə də:
– Kim bilir,bəlkə,elə sənin üçün də belə yaxşıdı?- dedi.
Kəklik başını qaldırıb,səmaya baxdı.Ay yaylıq edib, üzünə tutmuşdu sanki bir topa buludu.
Ulduzlar işım-işım işıldayırdı…

Kimi deyirdi ki, Bakıdadı Vüqar.Kimi deyirdi ki,Moskvada görüblər onu.Bir səhər tezdən çıxıb getmişdi evdən,vəssalam!..İki ildi ki,gözləri yol çəkirdi Kəkliyin.Kölgəsindən də səksənir,ovçu gülləsinə tuş gələn yaralı ahuya dönmüşdü sanki. Axşam çağından sürməsi çəkilən darvaza bir də səhərlər açılırdı. Kənd kitabxanasında işə düzəlmişdi.Vüqarın tək yaşayan bibisi Kəminə arvadı da köçürtmüşdü yanına… Dəyişmişdi Kəklik. Ən başlıcası isə qaradinməz olmuşdu. Mehrini salmışdı kitablara. Bir də…Vüqarın kəsdiyi yaş ərik ağacı pöhrələmişdi. O pöhrələri atıtlayıb,təkcənə birini saxlamışdı Kəklik.Və ondan da çəkmirdi gözlərini…
** 0 **
Bir il də keçdi…Kitabxanadakı işindən çıxmışdı. Ona görə ki,arvadı ölmüş ortayaşlı bir kişi ayaq açmışdı indiyənədək üzünü belə görmədiyi kitabxanaya…Gündə bir-neçə dəfə qardaşı gəlib, yalvarırdı ki, inadından dönsün Kəklik,köçsün onlara. Necə olsa, ata evidi… Deyirdiki,nə vaxtacan dustaq edəcək özünü bu evdə, çəkəcək bu xarabanın keşiyini? Kim bilir,indi hardadı o namərd?.. Yəqin,indi evlənib,oğuluşaq sahibi olub, unudib çoxdan Kəkliyi də,elə bu xarabanı da… Hər dəfəsində də qardaşının bu sözlərini eşidib,susurdu Kəklik. Qardaşı da durub,durub,sonra da çıxıb gedirdi kor-peşlman. Bir gün də qardaşı arvadı gəldi onlara. Sözarası başqa sözlər dedi Kəkliyə. Dedi ki, istəyəni var onun. Bəxti açılıb Kəkliyin. Alıb,özüylə Moskvaya
aparacaq onu.Qurtulacaq birdəfəlik bu əzablı,məşəqqətli günlərdən… Amma bu xarabaya elçi gəlməyəcəklər ki… Köçsün qardaşının yanına. Qardaşı da razıdı bu işə…Dedi ki,daha bəsdi 
çürütdü özünü o “piyənisgə”nin yolunda,həvəsdi,bəsdi…Bunu da dedi ki,arvad-uşağıyla birgə
görüblər onu Bakıda dəniz kənarında… Kəklik bu sözləri eşidib,xəfifcə gülümsəyib. Amma heç nə deməyib… Kəminə qarı hər namaz qılanda yaıvarırdı ki, başına ağıl qoysun Allah Büqarın…
Divara vurulmuş xalçanın üzərimdəki qoşa şəkli gündə bir-neçə dəfə silib-təmizləyirdi Kək-
lik… Kəsilmiş ağacdan boy atan pöhrə budaq birneçə gül açmışdı…
** 0 **
Bir yay da uçub getdi durnaların qanadlarında.Bir payız da yarpaqları kəpənək oldu ağacların. Pöhrə də tökdü yarpağını. Və o yarpaqları bircə-bircə saydı Kəklik. Bircə-bircə vidalaşdı onlarla… Ağac lümlüt olan gün gəldi yenə qardaşının arvadı. Çəkdi Kəkliyi bayıra:
– Ağlını başına yığ!- dedi,- Ağrın o “piyənis”- kənin ürəyinə! Moskvada görüblər.Yıxıla-yıxıla
gedirmiş.Hər əlində də bir çaxır şüşəsi varmış. Deyirlər,görsən,tanımazsan.Beli əyilib,dişləri
tökülüb,saqqalı da düşüb sinəsinə.Üst-başından cin hürkər.Olub min ilin ölüsü.Öz adını belə unudub…
Kəklik göz yaşları içində gözlərini o lümlüt pöhrədən çəkmədən ,astaca:
– Qardaşıma de ki,narahat olmasın məndən ötrü,- dedi,
– bir quruca adı da bəsmdi Vüqarın…
Qardaşı arvadı başını bulaya-bulaya getdi.
Darvazanın yanına çatanda,dönüb:
-Dizlərinə döyəcəksən sonra,-dedi,- Bu gün- sabah səni o tibb məntəqəsimdəki süpürgəçilikdən də çıxarsalar,nə yeyib-içəcəksən?..Elə bilisən ki,bilmirik? Uşağıq,bəyəm?.. Bilmirik ki, ana ola bilərsən?..Bilmirik ki,ana olmaqdan yana burnunun ucu da göynəyir?..Elə bilirsən, bilmirik ki,bütün günahlar o heyvərədədi?..Bilmirik ki,bunları o namərdim heysiyyətinə toxunmamaq üçün edirsən?…
Kəklik susdu.Göz yaşları içində səmanı süzdü.Külək bir dəstə buludu qabağına qatıb,sürətlə qovurdu…. Yadına düşdü ki,kürəklərini bankalayacaq Kəminə qarının…
** 0 **
Qış erkən gəlmişdi…
Səhər tezdən oyandı.Soba sönmüşdü.Yorğanı çəkdi başına…Səs eşitdi.Əhəmiyyət vermədi,külək də ola bilərdi…Yenə də gəldi o səs. Oyatdı Kəminə qarını.Geyinib,çıxdı həyətə.Hər yan dümağdı… Gözünə heç nə dəymədi. Yeridi düz ortasınacan həyətin,az qala dizlərinə çatan qarı yara-yara. Başını qaldırıb,baxdı və… Və dizləri üstə düşdü qarın üstünə… Aman,Allah!…
Fəsillərin gözü elə bu qışmış!..
Səhərlərin gözəli elə bu səhəriymiş!..
Bu dünyanın ən xoşbəxti də Kəklikmiş!..
Damın qarını Kürəyirdi Vüqar…
Dönüb,lümlüt pöhrəyə baxdı Kəklik.Və…
Və ona elə gəldi ki,çiçəkləmək üçün yrəyi gedir o pöhrənin.Baharı gözləməyə də səbri çat-
mayacaq…

Məzahir İsgəndər
www.kafiye.net