Nə deyim

Qoca dünya,sənə vardı sualım:
İblislərə,şeytanlara nə deyim?
Tərəzisi,həm çəkisi çəp görən
Şey alıb,şey satanlara nə deyim?

Çəkməyib xəcalət,bilməyib eyib,
Özgə libas geyib,haram mal yeyib,
Gecə-gündüz namus,qeyrət,ar deyib,
Sinəsini yırtanlara nə deyim?

Hamərdi süsləyib,haqqa tor atan,
Qan töküb,qan içib,mənsəbə çatan,
Hər gecə bir qızın qoynunda yatan
Bu şahlara,sultanlara nə deyim?

Gözlərimi göz yaşımla qanatdım,
Dərdlərimi ulduzlara sanatdım,
Gül olub da,barışığa can atdım.
Bəs mənə daş atanlara nə deyim?

Kimi şəndən,kimi qəmdən doğulub,
O da, bu da bir torpaqdan yoğrulub,
Məzahiri üzgün görüb,uğunub,
Muradına çatanlara nə deyim?

Məzahir İsgəndər
www.kafiye.net