Yolum haqq yoludu,iman yoludu

Məni məndən soranlara cavabım:
Güllərə ətirəm,bülbülə güləm.
Yolum haqq yoludu,iman yoludu,
Gedirəm,əlimdə bir dəftər-qələm.

Güllərə ətirəm,bülbülə güləm,
Ətrim pis qoxumaz,dilim çor deməz.
Kim qoxlaya,kim dindirə,olar xoş,
Nə içi,nə çölü,ruhu göynəməz.

Ətrim pis qoxumaz,dilim çor deməz,
Qoxlayan məst olar,dindirən razı.
Ətrim itər,dilm dönüb lal olar,
Əgər ola kimsə məndən narazı.

Ətrim itər,dilim dönüb lal olar,
Oynatmasam mən ruhları yerindən.
Sağalar yarası,tapar şəfasın-
Kim ki duya dediyimi dərindən.

Yolum haqq yoludu,iman yoludu,
İmanım ALLAHDI,Kitabım QURAN.
Doğulandan,üz titduğum bu yolda
Kimsə olmaz məni yorub,durduran!

İmanım ALLAHDI,Kitabım QURAN,
Oxuyub,öyrənib,gözüm doymamış.
Onlara mehrimdın-məhəbbətimdən
İçim də,çölüm də nura boyanmış.

Onlara mehrimdən,məhəbbətimdən
Hər sözüm,hər kəlməm bir inci olur.
İlham Pərim uçub,çıxıb yarışa,
Söz olan meydanda birinci olur.

Hər sözüm,hər kəlməm qalxar at üstə,
Üz tutar Haqq sarı,çapar,yorulmaz.
Bir əldə gül,bir əldə Haqq qələmi
Çapar,çapar…Yolunda sədd qurulmaz…

…Ey Haqq gəzən!..Di durma,düş izimə,
Həm sənin,həm mənim artsın savabım.
Yolum Haqq yoludu!..Bilin də,budu-
Məni məndən soranlara cavabım…

Məzahir İsgəndər
www.kafiye.net