Nəvəmiz
(Nəvəm Cansunun iki yaşı olması münasibətilə)

Bağçamızda bir gül açıb,
Gör neçə cür ətir saçıb,
Qüssə, kədər uzaq qaçıb,
Aşıb-daşır sevincimiz,
Cansu kimi var nəvəmiz.

Gəlişin bayramlar ayı,
Tanrının müqəddəs payı,
Görən, bunun varmı tayı?…
Nicat tapdı ailəmiz,
Cansu kimi var nəvəmiz.

Tamam olur, iki yaşı,
Bir gözəldi, yoxdu çaşı,
Çılğın, dəcəl davranışı,` 
Fırtınamız, zəlzələmiz,
Cansu kimi var nəvəmiz.

Qələm Çingiz üçün sazdı,
Nəğmə qoşdu, şeir yazdı,
Yerişi, duruşu nazdı,
Xoş anımız, təntənəmiz, 
Cansu kimi var nəvəmiz.

05 Mart 2017-ci il.
Çingiz Kürdəmirli.
www.kafiye.net