İNSAFSIZ.

Bilərək həsrətə əl eylədin sən
Gözümdə göz yaşın sel eylədin sən
Eşqimi sonunda gör neylədin sən
Getdin məni yaraladın insafsız…
**
Baxışımı yollarına düzdüm mən
Mecnun oldum çölü,düzü gəzdim mən
Dərdə düşüb ürəyimi üzdüm mən
Getdin yolu araladın insafsız..
**
Heyran oldum kirpiyinə,qaşına
Sevgi umdum səndən boşu boşuna
Öz əlinlə zehər qatdın aşına
Getdin qəlbim paraladın insafsız..
**
Nə deyim ki, sədaqətın yox sənin
Nazın,qəmzən sevgindən də çox sənin
Hər kəlmən bir yaralayan ox sənin 
Getdin dərdim sıraladın insafsız..
**
Buraxmadın zalımlığin peşini
Ətəyindən tökmədin heç daşını
Nə dedim ki, alıb getdin başını
Getdin bəxtım qaraladın insafsız..

Nazlı Hacılı.
8.02.2016
www.kafiye.net