ELİM VAR MƏNİM

Ey dostum hər zaman qəmlidir üzüm
Həyatım kədərli,yaşlıdır gözüm
Dərdlidir kəlamım,dərdlidir sözüm
Yurdu talan olmuş elim var mənim.
***
Bu yerdə böyüyüb xan da ,paşa da
Düşmən xain çıxdı torpaq,daşa da
Gözəl Qarabağda,gözəl Şuşada
Bülbülü xar olan gülüm var mənim.
***
Torpağım boyandı şəhid qanına
Yurd üçün igidlər qıydı canına
Xalqın şərəfinə,elin şanına
Dastanlar söyləyən dilim var mənim.
***
Baxıram Xocalı ürək dağıma
Sanki od ələnir könül bağıma
Kəlbcər,Laçına,Qarabağıma
Gedişsiz,gəlişsiz yolum var mənim.

Nazlı Hacılı.
www.kafiye.net