Keçmiş SSRİ-nin daxilı qoşunlarında xidmətdə olub,1991-ci ilin 7 aprelində Qubadlı rayonunun Cibikli kəndinə basqın edən etməni quldurlarına qarşı iki silahdaşıyla ölüm-qalım savaşına girən,30 nəfər(deyilənlərə görə) ermənini zərərsizləşdirdik dən sonra mühasirəyə düşüb,arxadan namərdcəsinə vurulub,qətlə yeyirilən,sonuncu Sovet İttifaqı Qəhrəmanı(SSRİ 1991-cilin dekabrında dağılır) Ukrayna vətəndaşı Leyyenant OLEQ BABAKIN xatirəsinə.
Bu gün,25 fevral onun doğum günüdür. 24 yaşında,xidmətini başa vurmasına 40 gün qalmış qətlə yetirilib. Nişanlıydı.Evlərində toya hazırlıq gedirdi.Gəlin ofağı da hazırdı…
Onun üçün hazırlanmış çarpayısına anası bir kukla qoydu.Və bu günədək də o kukla həmin çarpayıdadı.
AĞ ATLI OĞLAN

Biri vardı,biri yoxdu dünyada,
Can yalvarıb,ölüm-dirim anıydı.
Yerlər də,göylər də qıpqırmızı qan,
Dünya yaralıydı,yarımcanıydı…

Can yalvarıb,ölüm-dirim anıydı,
Çapırdı dördnala ölüm atını.
Titrədirdi nalə,fəğan,ah səsi
Yerin də,göyün də yeddi qatını.

Çapırdı dördnala ölüm atını,
Tərsinə dönmüşdü dünyanın oxu.
Canlı da,cansız da bunu süzürdü
Ürəkdə vahimə,gözlərdə qorxu.

Tərsinə dönmüşdü dünyanın oxu,
Haqsız gülüb,haqq düşmüşdü çətinə.
Dəyişib,dönüb də,olub yalquzaq,
İnsan susamışdı insan ətinə.

Haqq düşüb çətinə,hələ gör,necə?!
Day,güclər tükənmiş,ümidlər sönmüş.
Sonsuz hikkəsindən,qəzəbdən,kindən
Düşmənin gözləri tərsinə dönmüş…

Ah!..Güclər tükənmiş,ümidlər sonmüş,
Bu nə tufan,nə fırtına,burulğan?
Dil açıb,deyirdi dağ-daş da sanki:
-Hardasan? Hardasan,Ağ atlı oğlan?

Bu nə tufan?..Nə fırtına?..Burulğan?
Bu gələn ,ölümün buz nəfəsiydi.
Özün de!..Özün de!..Özün de,Allah,
Bu nə məktəbiydi,bu nə dərsiydi?

Bu gələn,ölümün buz nəfəsiydi,
İndicə…indicə günəş batacaq!
İndicə…indicə yetişib vəslə,
Qəvi yağı muradına çatacaq…

İndicə…indicə günəş batacaq,
Göz gözün içinə dik baxmayacaq.
Hökm edəcək zülmət günə-gündüzə,
Bir daha dan yeri ağarmayacaq…

Bu zülmətlər,qaranlıqlar içində
De,necə yol seçib,necə bəs dolan?
Hay ver səsimizə,Tanrı eşqinə,
Hardasan?..Hardasan,Ağ atlı oğlan?

Hardasan?..Hardasan,Ağ atlı oğlan?
Hardasan,haqq deyən haqqın gur səsi?
Hardasan,ölümə meydan sulayıb,
Yaşama səsləyən sevgi həvəsi?

Hardasan,haqq deyən haqqın gur səsi?
Hardasan gözə nur,ürəyə nəfəs?
Gəl!..Elə nərə çək,elə hayqır ki,
Pozulsun bu tələ,sınsın bu qəfəs.

Gəl!..Elə nərə çək,elə hayqır ki,
Ərisin,su olsun yağan qəlpələr.
Ürəklər dağlanıb,diləklər solub,
Süd yerinə qan əmməsin körpələr.

Hardasan?..Hardasan,Ağ atlı oğlan?
Hardasan dan yerim,günüm,gündüzüm?
Gəl!..Solub-soluxan can gülşənumdən
Qıyma ki,biryolluq əlimi üzüm…

…Dözməyib fəryada,dözməyib aha,
Göylər nərə çəkdi,yer aralandı.
Bu necə möcüzə,bu necə bir sirr?!
Deməyin nağıldı,ya da yalandı.

Göylər nərə çəkdi,yer aralandı,
Zülmətlər içində yandı bir çıraq.
Çıxıb da toz-duman içindən qəfil,
Yetişdi Ağ atlı oğlan çaparaq.

Zülmətlər içində yandı bir çıraq,
Ah!..İşığı bir dünyaya bəsiydi!
O çırağın od-alovu,şöləsi
Məhəbbət nəfəsi,sevgi səsiydi.

O çırağın od-alovu,şöləsi
Dosta ümid oldu,düşmənə hədə.
Elə bil,vermişdi Tanrının özü
Bir ərənlik,mərdlik dərsi bu mərdə!

Yetişdi Ağ atlı öğlan çaparaq,
Göylər özü əl çaldı bu ərənə.
Elə nərə çəkdi,elə coşdu ki,
Düşmən çaşdı,düşdü pərən-pərənə.

Göylər özü əl çaldı bu ərənə,
Şəninə min tərif,alqış deyildi.
Şər sulayan bu meydanda nə yazıq,
Nə tərəflər,qüvvələr bir deyildi.

Nə tərəflər,qüvvələr bir deyildi,
Bu səhnəni vəsf etmək nə ağırdı?!
Tək qalan Ağ atlı oğlanın üstə
Yerdən də,göydən də güllə yağırdı…

Yerdən də,göydən də güllə yağırdı…
Kəsilmişdi dörd yandan bənd-bərə də.
Çəkdi son nərəsin Ağ atlı oğlan,
Səs vermədi səsinə dağ-dərə də.

Şər sylayan bu meydanda nə yazıq,
Haqq büdrədi,atdan düşdü,döyüldü.
Haqq üçün döyüşən Ağ atlı oğlan
At üstə döyüşdü,at üstə öldü…

…O Ağ atlı oğlan kimdi,nəçiydi-
Deyimmi bu şeir bitmədən qabaq?
Bir başqa millətin,bir xalqın oğlu-
Ukrayna balası,mərd OLEQ BABAK!

Ukrayna balası o OLEQ BABAK
Öldü!..Amma öldü insan gərəyi.
Vətən bildi bu Vətəni özünə,
İtirmədi kəsdiyi duz-çörəyi.

Vətən bildi bu Vətəni özünə,
Unutmadı torpağını,daşını.
Doğuldu,böyüdü o Ukraynada,
Bu torpaqda yerə qoydu başını…

Doğuldu,böyüdü o Ukraynada,
Öldüyü yurda da o, Vətən dedi.
Haqq üçün vuruşdu,haqq üçün öldü,
Bu yolda qurbandı can,bədən!- dedi.

Öldüyü yurda da o,Vətən dedi,
Ulduz tək parladı,ylduz yək söndü.
O,bir elin,bir millətin oğlu yox,
Hər iki millətim oğluna döndü!

Məzahir İsgəndər
www.kafiye.net