KEÇDİ İLLƏRIMIZ…

Boşa keçdi ömrümüz qovuşmaq xəyal oldu
Acı çəkdik hər zaman qəlbimizə qor doldu
Nə etsək də ayrılıq,hicran tək bizi buldu
Fələk oyun oynadı yaşlı qaldı gözümüz
Qəm-kədərə büründük heç gülmədi üzümüz.
***
Hicran oduna yandıq olmadı muradımız
Ərşə qalxdı yuxumuz,qaçdı ağız dadımız
Xöşbəxtlik olan yerdə anılmadı adımız
Fələk oyun oynadı yaşlı qaldı gözümüz
Qəm-kədərə büründük heç gülmədi üzümüz.
***
Ümidumiz tükəndi ,ayrıldı yollarımız
Qəhər üsyan eylədi bağlandı qollarımız
Üzüntülər içində boş keçdi illərimiz
Fələk oyun oynadı yaşlı qaldı gözümüz
Qəm-kədərə büründük heç gülmədi üzümüz.
***
Bu zalım dövrana bax bizi nə hala saldı
Xəzan vurdu bağçamı gülüm yarpağım soldu
Əlimizdən nə gəlir,ümid Allaha qaldı
Fələk oyun oynadı yaşlı qaldı gözümüz
Qəm-kədərə büründük heç gülmədi üzümüz.
.

Nazlı Hacılı.
5.03.2016.
www.kafiye.net