DURNALAR.

Xocalının dərdi böyük,bilirsiz,
Hey gedirsiz qürbət elə,gəlirsiz,
Yurdun qanlı göz yaşını silirsiz,
Göğzmü dəydi bu gülzara ,durnalar?
**
Torpağımı düşmən keçirdi girə,
Qan ağlayır indi yurdda dağ,dərə,
Deyirəm kaş nə olardı o yerə,
Dönerdik biz bu bahara,durnalar..
**
O yerlərdə düşmən meydan sulayır,
Gecə-günüz orda bayquş ulayır,
Ana torpaq həzin-həzin ağlayır,
Həsrət qalıb kaman,tara durnalar..
**
Nə söyləyim gərdişinə fələyin,
Başımıza yağdırdı öz kələyin,
Kimə deyək yurdun ərzi-gileyin,
Xocalımız geyib qara,durnalar…

Nazlı Hacılı.
www.kafiye.net