Bu gün

(Nakam xatirələrdən)

Qəlbimdə bir məzar qazılıb bu gün,
Nakam məhəbbətin dəfnin gözləyir,
Eşq oduna yanan bütün tanışlar,
Bu kədərli mərasimi izləyir.

Qapanıb gündüzüm, qarışıb gecəm,
Göz yaşımdan libas biçib geyəcəm,
Əcəl versə aman, dastan deyəcəm,
Dilim susub, bunu ürəyim deyir.

Ağır itgi verib bu gün bülbülə,
Lov xəbəri gətirmək olmur dilə,
Sevgi bağım yas tutacaq son gülə,
Ruhum da cismimə nifrət eyləyir.

Daha coşmayacaq qanı Çingizin,
Getdi əldən, din-imanı Çingizin,
Yaxşı olar, çıxa canı Cingizin,
Bu sözü büsbütün varlığım deyir!!!…..

Çingiz Kürdəmirli.
www.kafiye.net