OXU MƏNİ.

Qəmi çəkmə sürmə kimi
Üzər qəmin ahı məni.
Ən sevdiyin ilmə kimi
Ürəyinə toxu məni.
**
Daş atılmaz tovlamasan
Göz toralmaz torlamasan
Özün sevib ovlamasan
Özgə ovlar axı məni…
**
Eşqsiz eşqdən dön deyənməz
Meh ocağı söndürənməz
Düz yolumdan döndərənməz
Naqisliyin “Şah”ı məni.
**
Mən də təzə,tər kitabam
Zənn eyləmə hər kitabam
Oxunmamış bir kitabam
Elmin varsa,oxu məni…

Nazlı Hacılı
www.kafiye.net