Yaddaşlar

Günaydın,CAVİD əfəndi!

Qəbahətmiş Cavidliyə yüksəliş (“Ağıayan məzar” poemasından)

Mən etişdim atəşlə su
Öpüşdüyü bir ölkədən.
İzliyorkən sevgi yolu,
Acı duydum hər köıgədən.
H.CAVİD

Yaddaşlar kor oldu,kor gözlər kimi,
İnsanlar unutdu Allah,özün də.
Bir əlində zəncir,birində qandal
Döydü qapısını böhtam,sözün də.

Döydü qapısını böhtan,sözün də,
Oldu ələk-fələk,yağmalandı söz.
İnsandan ilk əvvəl yarandı,ancaq
İnsanın əliylə boğmalandı söz.

Oldu ələk-fələk,yağmalandı söz,
Qabağında sədd qoyuldu dilin də.
Bəyənməyib avazını bülbülün,
Nəğmələr oxundu qarğa dilində…

Nəğmələr oxundu qarğa dilində,
Dil dilin itirdi,tar kökdən düşdü.
Düşdü misralar da pərən-pərənə,
Qələm sındı,yetimləşdi,büzüşdü.

Düşdü misralar da pərən-pərənə,
Aralandı bir-birindən hecalar.
Bu necə dünyadı?..Bu necə qanun?
İnsan,insan dilindən də bac alar!

Bu necə dünyadı?..Bu necə qanun?
Gülşəni soıdurdu,tikan bitirdi.
Özündə min məna,hikmət daşıyan
Sözlər bir-bir hikmətini itirdi.

Özündə min məna,hikmət daşıyan
Sözlər birər-birər arandı…bir bax!
Görüb də hər hərfin gözündə təşviş,
Çəkdi ilham pərisi də min-bir ah.

Möhürlənib,yüz yerindən mıxlanıb,
Bağlandı sözün də ey vah,qapısı!
Qəbahətmiş şair olmaq,söz demək,
Qəbahətmiş,bəlkə,ürək yanğısı?

Qəbahətmiş şair olmaq,söz demək!
Qəbahətmiş həm pərvanə,şəm oımaq!
Qəbahətmiş bülbülün gül həsrəti!
Qəbahətmiş bir gözələ vurulmaq!..

Qəbahətmiş bülbülün gül həsrəti!
Qəbahətm Məcnunluğa alışıq!
Qəbahətm gündüzləri günəşlə,
Gecələri ay-ulduzla danışıq!..

Qəbahətmiş zülmətə nur çiləmək!
Qəbahətmiş sözün-sözdən döğrusu!
Qəbahətmiş düz tərəzi,düz ölçü!
Qəbahətmiş ədalətin sorğusu!..

Qəbahətmiş mərdlik,ərlik,kişilik!
Qəbahətmiş tara sarı sim oımaq!
Qəbahətmiş türkün “türkəm” deməsi!
Qəbahətmiş hürriyyəti səsləmək!..

Qəbahətmiş görmək,duymaq,eşitmək!
Qəbahətmiş qurda “quzu” deməmək!
Qəbahətmiş duz-çörəyə sədaqət!
Qəbahətmiş donuz əti yeməmək!..

Qəbahətmiş bağbana bağ gəzimi!
Qəbahətmiş yıxılana dirçəliş!
Qəbahətmiş göylərə göy qurşağı!
Qəbahətmiş Cavidliyə yüksəliş!..

Məzahir İsgəndər
(İxtisarla)
www.kafiye.net