Zaur Rəxşanın “Ağlamışam mən yaman”şerinə.

Vermiş!

Bu nə giley,bu nə güzar,
Bu nə dərddi,bu nə azar,
Bu nə şair,bu nə yazar,
Şair olan gün görməzmiş,
Əzablara sinə gərmiş!
*****
Dərd çəkmək yazılıb bizə,
İnanan yox dərdimizə,
Yaradanmı verdi bizə?
İnsan deyil bizik dərviş,
Rəbbim dərdi özü vermiş.
*****
Doğma naşı,yad da naşı,
Yandırırlar kəlmə başı,
Hər tərəfdən tökür daşı,
Qəza yox başa gəlməmiş,
Eyləmişik buna vərdiş.
******
Dərd yüklədi zaman bizə,
Nadan vermir aman bizə,
Xoş sabahlar güman bizə,
Tanrım bizə qəmi vermiş,
Gözdə yaşı,nəmi vermiş.
******
Yaradandır yazan bəxti,
Verdi bizə ozan bəxti,
Dərdə-sərə dözən bəxti,
Ömrümə sitəmi vermiş,
Taleyimə kəmi vermiş.
******
Solmaz,birdə gileylənmə,
Qəmlər ilə sən əylənmə,
Öz-özünə gəl söylənmə,
Mövlan sənə payın vermiş,
Edib Haqq aşiqi,dərviş!!!

17-01-2017
Solmaz Şirvanlı
www.kafiye.net