A Dilbər
Əldə qələm, xəyalına dalmışam,
Nə müddətdi gündüz-gecə, a Dilbər,
Brcə dəfə görməmişəm hüsnünü,
Səni vəsf eləyim necə, a Dilbər?….

Oxuyuram hər cümləni, sözünü,
Xəyalımda canlandırram özünü,
Bilirəm ki, söyləyirsən düzünü,
Almayırsan heç nə vecə, a Dilbər.

Həm şirindir, həm də duzludur dilin,
Yorulmasın heç zaman yazan əlin,
Amma sənlik deyil, o “profil”in,
Öz şəklini qoy sadəcə, a Dilbər.

Sevgi düzüm şeirimin hər sətrinə,
Sən bir gülsən, bülbül gələr ətrinə,
Yazdıqlarım qoy dəyməsin xətrinə,
Peşman ollam bil ölüncə, a Dilbər.

Nə yazırsan, onu hamı bəyənir,
Uzaqdasan, qəlbimiz bir döyünür,
Sənintək xanımla hamı öyünür,
Sözün səlis, özün incə, a Dilbər.

Elə məqamdadır Çingizin yaşı,
Huşu qarışıbdı, çaşıbdır başı,
Nə olacaq bu tərifin “şabaş”ı ,
Bu diyara yönəlincə, a Dilbər?..

17. 01. 2017. 
Çingiz Kürdəmirli.
www.kafiye.net