DEDİM..

Düşmənimdən uzaq durdum,
Dosta məni ara dedim.
Məhəbbətdə yuva qurdum,
Hissiz qəlbə yara dedim.
*
Tənhalıqdan əzab çəkdim,
Nadanlıqdan qəzəb çəkdim,
Bağ becərdim,ağac əkdim,
Yəqin gələr bara dedim.
*
Pak hissləri qəlbdən aldım,
İlhamımı Rəbbdən aldım,
Misraları təbdən aldım,
Dərdimi dildara dedim.

Nazlı Hacılı.
www.kafiye.net