Sonacan

Bu dünya durduqca,zaman keçdikcə,
Ömrümə yazılan duman keçdikcə,
Qəlbimdə şübhələr,güman keçdikcə,
Səni düşünəcəm,səni anacam,
Sənin olacağam inan sonacan!
****
Üz-üzə,göz-gözə,nəfəs-nəfəsə,
Saxla ürəyində salıb qəfəsə,
Açma ürəyini,demə heç kəsə,
Səninçün alışıb,sənə yanacam,
Hər kəlmə deyəcəm sənə Cana-Can!
******
Mənim bir dünyam var,bir həvəsim var,
Mənim sən adında bir nəfəsim var,
Ömrə bəzək olan bir qəfəsim var,
Bil sənin oduna daim yanacam,
Bir səni sevəcəm,səni anacam!
*****
Sənsizlik öldürər,zar edər məni,
Bu külli aləmdə xar edər məni,
Dünyamı qaranlıq,kor edər məni,
Sözündə doğru ol,yaşat sonacan,
De ki,sən mənimsən,sənin olacam!
******
Mən bülbül deyiləm,qonam hər gülə,
Sənsiz keçən ömür bil dönər ilə,
Solmazı,ayırma yaşat sevginlə,
Bir ömür yaşayaq gəl ki,sonacan,
İsit nəfəsinlə,qoyma dona can!

10-01-2016
Solmaz Şirvanlı
www.kafiye.net