Bizaram mən

Gəlin,gəzin, deməyin ki,
Qəm bağçası,ah-zaram mən.
Şeir-sənət aləmində
Bir solmayan gülzaram mən!

Alğım-satqım düzdən də düz,
Nə şəkk elə,nə dodaq büz,
Yol gedərəm gecə-gündüz,
Nə bezib,nə azaram mən.

Söz qoşdum söz adına da,
Bal yetişməz dadına da,
Yerin yeddi qatına da
Bir nur olub,sızaram mən!

Məhəbbətdi məramım da,
Heç olmaz bir aramım da,
Qalıb səbri-qərarımda,
Bir eşq ilə yazaram mən!

Məzahirəm,olan andan
Süd əmmişəm inadımdan,
Nə yazıq ki,bu zamandan
Bizaram mən,bizaram mən!

Məzahir İsgəndər
www.kafiye.net