Bu da bir eşq,məhəbbət şeiridir

MƏLƏK DƏ,İBLİS DƏ,ŞEYTAN DA İNSAN

(Vətənin ən ağır günlərində gizlənməyə siçan deşiyi axtaran,haliyədə isə millətin qanı bahasına əldə etdikləri pullarla
özlərinin cənnətə bənzər villalarında şadxürrəm ömür sürənlərə rəğmən ömrünü gecə-gündüz səngərlərdə,dağda-daşda keçirən,dəfələrlə ölümlə üz-üzə dayanan,indi isə ailəsi ilə çirkablar içindəki uçuq-sökük dəmir vaqonda yaşayan,nə səsi,nə harayı eşidilən, haqq-sayı tamamilə unudulan vətəndaşımız-

“CANLI ŞƏHİD” MAHİR SALMAN OĞLURZAYEVƏ).

İnsan oğlu,insanlığa nə yazıq!
İnsan olub,imsanlıqda dayazıq,
İnsanlığı çalıb-çapan dəryazıq,
Çalınan insandı,çapan da insan!

Bu dünyada yüz olmayan üz hanı?
Düz üzünə əyri çırpıb əsanı,
Salıb qəm gölünə insan-insani,
Batıran insandı,batan da insan!

Çıxararsan yaddaşından adını,
Tanımazsan nə dostunu,yadını,
Həsrətin,vüsalın,eşqın dadını
Dadmayan insandı,dadan da insan!

Üzünə göz yaşı,təbəssüm qonan,
Öldürüb,ölənin heykəlin yonan,
Olub da bənövşə,titrəyib-donan,
Məst olub,əsnəyib,yatan da insan!

Yol tutub,yol gedib,yolundan dönən,
Üfləyib yandlran,üflənib sönən,
Haqqı cilovlayıb,at edib minən,
Nahaqqı belinə çatan da insan!

Üz qızardı,üz bozardl,kimə nə?
Kim intizar,kim bezardı,kimə nə?
Zülm bazarlıq,zülm bazardl,kimə nə?
Zülm ilə alan da,satan da insan!

Muncuq elə sözlərini telə sən,
Az dönüb,az döndər elə-belə sən,
Ay Məzahir,düz olar ki,söyləsən:
Mələk də,İblis də,Şeytan da İNSAN!

MƏZAHİR İSGƏNDƏR
22.12.2016
GECƏ.03.27
www.kafiye.net