Azərbaycanın

Gəl gəzək aranın,gəzək dağların,
Gəl içək suyundan buz bulaqların,
Dolaşaq ormanın,həm yaylaqların,
Gözəldir hər yeri Azərbaycanın,
O mənim Vətənim,O mənim canım!
**** *****
Unutma Vətən də anadır bizə,
Verər xeyir-dua saf sevgimizə,
Gəl tutaq əl-ələ,biz gəzə-gəzə,
Dolaşaq hərğyerin Azərbaycanın,
Qurbandır yurduma bir qaşıq qanım!
******* *******
Gəl tut əllərimdən gəzək meşəsin,
Dərək kol dibindən tər bənövşəsin,
Sındırma Solmazın könül şüşəsin,
Dolanaq başına Azərbaycanın,
Yurdum bəzəyidir bütün dünyanın!!

09-12-2016
20-00
Solmaz Şirvanlı
www.kafiye.net