BU AĞAC ALTIYDI GÖRÜŞ YERİMİZ

Bu ağac altıydı görüş yerimiz…
Bu ağac altında sevdik,dalaşdıq.
Bu ağac altında olub sarmaşıq,
Sən mənə,mən sənə gülüm,dolaşdıq.

Bu ağac altıydı görüş yerimiz…
Bu ağac altında küsdük,barışdıq.
Bu ağac altında düşüb yağışa,
Kim dözər,kim dözməz?-deyə yarışdıq.

Bu ağac altıydı görüş yerimiz…
Bu ağac altında donduq,alışdıq.
Bu ağac altında udub dilini,
Necə də lal baxışlarla danışdıq?!.

Bu ağac altıydı görüş yerimiz…
Bu ağac altında qış baharıydı.
Bu ağac altında bir özgə rəngdə,
Bir özgə biçimdə dünya varıydı…

Bu ağac altıydı görüş yerimiz,
Bu ağac altında etdik and-aman.
Bu ağac altında çapıb atını,
Heç biımədik,necə keçdi an ,zaman?!

Bu ağac altında etdik and-aman,
Bu ağac altında düşdük aralı.
Gəzdik də o gündən bu günə kimi
Sən məndən,mən səndən gülüm,yaralı!..

…Bu ağac altdakı xatirələrdən
Bilunmədi nə ölümüz,dirimiz.
Amma ki,günlərin xoş bir günündə
Bu ağac altıydı görüş yerimiz…

MƏZAHİR İSGƏNDƏR
www.kafiye.net