ALIŞDI KÖNLÜM

Səndəki soyuqluq sıxdı canımı
Daha sənsizliyə alışdı könlüm.
Biganə davranış yıxdı canımı
Daha sənsizliyə alışdı könlüm.
**
Vaxt oldu günlərlə anmadın məni
Özünə yaxın dost sanmadın məni
Çiynimə yük etdin kədəri,qəmi
Daha sənsizliyə alışdı könlüm.
**
Vəfanı görmədim vəfalı kimi
Cəfanı çox çəkdim cəfalı kimi
Xəstə hal olsam da şəfalı kimi
Daha sənsizliyə alışdı könlüm.
**
Çalışdın ayrılıq salasan müdam
Qəlbini zəbt edib başqa bir “madam”
Mehriban olsaydın alardım qadan
Daha sənsizliyə alışdı könlüm.
**
Yanan içim olub,çölüm olubdu
Bilirsən mənə çox zülüm olubdu
Nə olsun boş qalan əlim olubdi
Daha sənsizliyə alışdı könlüm..

Nazlı Hacılı.
www.kafiye.net