D A Ğ L A R

Bəxt eylədi qərib məni,
Başı qarlı,ulu dağıar!
Duman gəldi,çən bağladı
Sənə doğru yolu,dağlar!

Ötər, demə bu meylə sən,
Bir çağırıb,bir heylə sən,
Alıb,məni gəl eylə sən
Qulunun da qulu,dağlar!

Bölüb,məni yarı etdi,
Min əzabın barı etdi,
Zarıdan da zarı etdi
Bu qar,tufan,dolu,dağlar!

Bir qurumaz gözümdə yaş,
Günüm,ayım,ilim təlaş,
Nə olaydı,olaydım kaş,
Daş dibinin kolu,dağlar!

Budağımda quş qalmadı,
Nə torpağım,daş qalmadı,
Məzahirdə baş qalmadı,
Neylərəm əl-qolu,dağlar?

MƏZAHİR İSGƏNDƏR
www.kafiye.net