Yuxuna gələcəm!

Yuxuna gələcəm gözlə bu gecə,
Gələcəm illərin sevgisi ilə,
Gələcəm yuxuna şirin bal kimi,
Öpüb,oxşayacam şirin dil ilə.
***********
Oyanma yat hələ,bitməsin röyan,
Uzansın xoş anlar uzansın hələ,
Mənim məhəbbətim yalançı deyil,
İstəsən əzizlə qoy dönsün gülə.
**************!
Yaşatsın qəlbində qoy daim səni,
Uzaq tut özündən qəmi- qüssəni,
Qoy gəlim röyana mən sevim səni,
Od alsın sevgimiz qoy saçsın şölə!
*************
Tumar çək telimə,öz əlin ilə,
Sən oxşa ruhumu bal dilin ilə,
Həyatı başa vur sevdiyin ilə,
Puç etmə bu eşqi dönməsin külə!
****************
Ayılsan röyan da itib gedəcək,
Ümmanlar qoynunda qayıqlar kimi,
İstə Allahından gəlim ömrünə,
Solmazam,bir ömür mən gülə-gülə!!

04-12-2016 Solmaz Şirvanlı.
www.kafiye.net