Şair Sakit İlkinin eyni adlı şerinə nəzirə.

Allah!

Gözəllərim əsir getdi,
Qandallandı yesir getdi,
Ürəklərdə nə sirr getdi,
Meyə meyil saldıq Allah,
Gör nə günə qaldıq Allah?!
***********
Donur millət qarlı qışda,
Ara vermir qar-yağış da,
Gedir əldən huş da,baş da,
Xəyallara daldıq Allah,
Gör nə günə qaldıq Allah?!
********
Günü-gündən bahalıqdı,
Təknədə un urfalıqdı,
Qarşı gələn qocalıqdı,
Qəm havası çaldıq Allah,
Gör nə günə qaldıq Allah?
**********
Qışın bu oğlan çağında,
Hər kəs donur otağında,
Bədən qızmır yatağında,
Necə heyif olduq Allah?
Gör nə günə qaldıq Allah?!
************
Yetsin dada qoy Yaradan,
Ölüm qoxan bu dünyadan,
Baş açmayır heç bir adam,
Kim idik,kim olduq Allah?
Gör nə günə qaldıq Allah?!
************
Millət oldu pərən-pərən,
Solmaz dərdə sinə gərən,
Ay bu dərdə çarə verən,
Kimə sayə saldıq Allah?
Gör nə günə qaldıq Allah?!

02-12-2016
Solmaz Şirvanlı
www.kafiye.net