Bu gecə. 

Dedin gələcəyəm ey gül yuxuna,
Gələcəm işvəylə,nazla bu gecə!
Dedin yox edəcəm dumanın,çənin,
Gələcəm şerimlə,sazla bu gecə!
**********
Dedin oxşayacam siyah telini,
Öpüb isidəcəm o ağ əlini,
Əlimlə verəcəm dəstə gülünü,
Gələcəm röyana yazla bu gecə!
**************
Dedin bürüyəcəm çiçək ətrinə,
Odlara düşəcəm sənin xətrinə,
Şerinə,sözünə,bircə sətrinə,
Nəgmələr qoşacam gözlə bu gecə!
*************
Dedin mələk olub girdin qəlbimə,
Yaşamaq həvəsi verdin qəlbimə,
Arzunu-istəyi hördün qəlbimə,
Açacam qəlbimi sözlə bu gecə
************
Aşacam dağlardan,keçəcəm düzdən,
Öpüb al yanaqdan,o qara gözdən,
Tutacam yükümü şeirdən,sözdən,
Gələcəm röyana izlə bu gecə!
***********
Ay da bədirlənib batmış olarsa,
Gözlərin həsrətdən yaşla dolarsa,
Həsrət küləkləri telin yolarsa,
Sal qolun boynuma gizlə bu gecə!
*****************
Dedin unutdurub qəmi-nisgili,
Dərib gətirəcəm bağçadan gülü,
Olacam Solmazın şeyda bülbülü,
Gələcəm dağlardan,düzlə bu gecə!!!

05-12-2016
Solmaz Şirvanlı
www.kafiye.net