P Ə R İ Ş A N D I

Ey könül, boylanıb,hərdən geri bax,
Yolları,izləri gözünə bir tax,
Keçdiyin hər cığır,hər təpə,hər dağ
Soruş,nədən pərişandı,pərişan?!

Necə keçdi günlər,aylar,bu illər,
Bir durmadı yerlərində fəsillər,
Qışda şəlalələr,payızda güllər
Soruş,nədən pərişandı,pərişan?!

Bu yuvaya hansı quşlar qonalar?
Biri gələr,biri gedər…sin olar,
Həm dolu,həm boş nənnilər,analar
Soruş,nədən pərişandı,pərişan?!

Bir bilinməz nə bu başlar,o başlar,
Gələn də,gedən də dünyanı daşlar,
Bu qalalar,bu qüllələr,bu daşlar
Soruş,nədən pərişandı,pərişan?!

Sonu olmaz uztirabın,əzabın,
Kim verə ku,kimə bunun hesabın?
Ay Məzahir,sazın,sözün,mizrabın
Soruş,nədən pərişandı,pərişan?!

MƏZAHİR İSGƏNDƏR
www.kafiye.net