EY DAD

Namərdə mərd,mərdə namərd dünyanın
Qalmayıb nə təmi,nə dadı,ey dad!
Səmasında çalağanlar qıy vurar,
Qartallar ah ilə,zardadı,ey dad!

Anla görüm bu dünyanın kələyin,
Tanımazsan nə şeytanın,mələyin,
Tülkülər gözünə girib fələyin,
Aslanıar tələdə,dardadı,ey dad!

Dağ əriyər,day çəkənməz bu dərdi,
Kişilər arvaddı,arvadlar ərdi,
Bülbülün məkanı viranələrdi,
Güllü bağ qarğada,sardadı,ey dad!

Xeyir yox,dünyayla şər göz-qaşdadı,
Dostluq da,ülfət də aş-bozbaşdadı,
Alimlər qapıda,baqqal başdadı,
Hörmət də,izzət də vardadı,ey dad!

Dediklərim deyil təzə,tər-əcər,
Lal suallar Məzahiri hey əzər,
Durub,desin cavabını,varsa ər:
Kişilik,ləyaqət hardadı,ey dad?!

MƏZAHİR İSGƏNDƏR
www.kafiye.net