Solmaz Şirvanlı ilə 2-ci deyişmə.

Solmaz:
Qoymusan üzünə həsrət,
Bir kəlmə sözünə həsrət,
O qara gözünə həsrət,
De , sənə necə inanım?

Çingiz:
Bir qulaq as, sən sözümə,
Qalmazsan həsrət üzümə,
Yanmışam, gəl bax közümə,
Kül olmuşam, inan mənə…

Solmaz:
Yaşım yanağa süzülür,
Kiprikdə leysan düzülür,
Könlüm fəraqdan üzülür,
De, sənə necə inanım?

Çingiz:
Qocalmışam keçib yaşım,
Gözümdə quruyub yaşım,
Bu vaxtımda qoyma çaşım,
Dil olmuşam, inan mənə….

Solmaz:
Ad qoymusan sən adıma,
Gəl ki, çatım muradıma,
Ay Solmaz, alış oduma,
De sənə necə inanım?

Çingiz:
Çingiz ad qoymur heç kəsə,
Ağlına gəlməsin nəsə,
Solmaz bacım ay istəsə,
İl olmuşam, inan mənə…

24.11.2016.
Solmaz Şirvanlı – Çingiz Kürdəmirli.
www.kafiye.net