Əqidəmiz zibillənibdir

İstəyirəm iki kəlmə söz deyəm,
Bilmirəm ağlıma hardan gəlibdir,
Çoxu baş açmayır, necə bəndəyəm,
Xuda, yəqin belə lazım bilibdir.

Bezdiribdir, “yola vermək”, “ötürmək”,
İstəyirəm, zəmanəyə tüpürmək,
Nəyə lazım küçələri süpürmək,
Hərgah əqidəmiz zibillənibdir ?…

Qapanıb özümə, qalmışam çaş – baş,
Bir yanda eyş – işrət, bir yanda savaş,
Əzazil başlara dollardan “şabaş”,
Mənimsə başıma, dərd ələnibdir.

Bir nəsihət deyim, anla vaxtında,
Adın, Əzrayılın “ölüm aktı”nda,
Kimi izdivacda, bəylik taxtında,
Kimin cənazəsi busələnibdir…

Bəlkə Tanrım , gözün bizdən çəkibdir ?
Tamah zəfər çalıb, qeyrət çökübdür ?
Şeytan içimizdə “villa” tikibdir,
Qəlbimiz şər işdən gözələnibdir.

Ədalət rəmzi sayırlar “ATƏT”i,
Hələ də bilinmir, nədir niyyəti,
Cəm olanda, “qarğa-quzğun” heyəti,
Baxırıq, dərdimiz təzələnibdir.

Bu arsızlıq, bu saymazlıq vecində,
Bu gəlhagəl, bu gethaget köçündə,
Bu nisgillik, bu küdurət içində,
Bir vətən sevgisi şölələnibdir!

Eşşək dada bilməz, bahadır yonca,
Tut yemirik, “Tut ağacı boyunca”,
Çingiz bu dövranı lağa qoyunca,
Dövran da onunla məzələnibd

Çingiz Kürdəmirli
www.kafiye.net