Naxçıvana Gəl

Qeyrət qalasıdır yurdum Naxçıvan,
Ud saf havasından ruha,cana gəl.
Dünyanın bəzəyi,Nuhun vətəni,
Əcəmi beşiyi bu cahana gəl.
***********************************
Qardaş ,bu diyarda dağlar mərd durur,
Rəmzinə çevrilib məhəbbət,qürur,
Günəş yer üzünə buradan doğur,
İnana bilmirsən,bir bu yana gəl.
***************************************
Onun süfrəsində tapmazsan haram,
O mənə həmdəmdir,mən ona yaram,
Daim şölə saçan ,yanan şamdır,şam,
Gəlmək fikrin olsa,ol pərvanə gəl.
***************************************
Hər daşı,çınqılı mənadır,məna,
Qeyrəti,qüdrəti görməkdən yana,
Süleyman deyib gəl Azərbaycana,
Nazlı da söyləyir Naxçıvana gəl.

Nazlı Hacılı.
www.kafiye.net