MƏNİM BAYRAĞIM../ Nazlı Hacılı

Elə ucalardan uca durmuşdur..
Heç zaman əyilməz mənim bayrağım.
Haqqa, ədalətə möhür vurmuşdur..
Heç zaman əyilməz mənim bayrağım.
*
Şəhidlər qanıyla boyamış onu,
Heyder semalara dayamış onu,
İnan ki dünyanın gelse de sonu..
Heç zaman əyilməz mənim bayrağım.
*
O böyük bir xalqın zümzüməsidir,
Haqqın şər üstündə qələbəsidir,
Min ilin bu günə yetən səsidir..
Heç zaman əyilməz mənim bayrağım.
*
Onda igidlərin qızıl qanı var,
Onda babaların merd nişanı var,
Onda Həcər, Nigar, Tomris şanı var..
Heç zaman əyilməz mənim bayrağım.

Nazlı Hacılı
Bakü / AZERBAYCAN
www.kafiye.net