Yalan Sevda

 Qısa ömrüm talan oldu,
Sənsiz dünyam viran oldu.
Vəfasız bir yarı sevdim
Könül bağım xəzan oldu.

 

 

Sevdası qul etdi məni,
Həsrəti kül etdi məni.
Soldurdu gül etdi məni,
Sevdası da bir an oldu.

 

 

Qaldım duman, çən içində
Mən nə gündə , o nə gündə?
Onun qəlbi toy – düyündə,
Mənə qalan kaman oldu.

 

 

Vəfasıza nədir sözüm,
 Sönüb ocaq , qalıb közüm
Ağla , Zeyneb, dolub gözün,
Ağlamalı zaman oldu.

 

 

 Zeynəb Naxçıvanlı
www.kafiye.net