Şair Çingiz Kürdəmirli nin “Gözəl” adlı şerinə nəzirə!

Gözəl!
*******
Yenə çağlayırsan qələmin ilə,
Yenə də qələmin gəlibdir dilə,
Axıdır gözündən yaş gilə-gilə,
Hicran nəğməsini oxuyan gözəl.
**********
Hər kəs nə söyləsə almaz eyninə,
Fəraqdan bir libas geyib əyninə,
Əzəldən kür fikir düşüb beyninə,
Solmuş çiçəkləri qoxuyan gözəl.
************
Gör neçə aşiqi cavab gözləyir,
Neçəsi ləpirin,yolun izləyir,
Şairlər şerində onu sözləyir,
Göydən şimşək kimi şaxıyan gözəl.
**********
Şair qardaş gəl inanma sən ona,
Fələk onu salır gündə min dona,
Solmaz,necə qıydın söylə bu cana?
Özünə bir kəfən toxuyan gözəl!!

15-11-2016
Solmaz Şirvanlı
www.kafiye.net