Azərbaycanın nerəsi bölük ki???

Türk kardeşimiz Mevlut Katmanın “Azərbaycanın nerəsi bölük ki,??sualına şairə Dəstəgül Zamanlının ” Azərbaycanın nerəsi bölük deyil ki?”cavabından sonra yazdım.

Borçalısı,Göyçəsi,İrəvanı,Təbrizi,
Kərkük,Dərbənd,Qarabağ,
Hələ də yoxdur soraq,
Deyin haçan düzələr,
De pozulmuş bu növraq??
*******
Yaralı yurdum mənim,
Paralı yurdum mənim,,
Qalxacaqdır ayağa,,
Sarsılmaz ordum mənim!
*********
Alacaqdır yağıdan,
Paralanmış yurdumu,
Yadda-yağıda qalan,
Yaralanmış yurdumu!
**********
Şəhidlər qanı axan,
Qarabəxt Qarabağı,
Dağ-daşı qan ağlayan,
Gözəli əsir gedən,
Yox Xocalı sorağı,
*********
Qalxacaqdır ayağa,
Elimin igidləri,
Düşmənə zərbə vurub 
Göstərəcək hünəri
Qalacaq ayaq altda,
Mənfur düşmən ləşgəri,
Vətən sənin anandır,
Oğul düşmən çəpəri,
Vətən sənə güvənir,
Elimin iğidləri,
Qalx başlayaq savaşı,
Bu yolda olma naşı,
Qalmasın torpaq,daşla,
Qalmasın yad əlində.
Vətən sənə güvənir,
Azərbaycan əsgəri,
Vətən sizi çağırır,
Yurdumun igidləri,
Solmaz sizə qurbandır,
Azərbaycan əsgəri!!
Sən ey Vətən sipəri!!
Qalxın,qalxın ayağa,
Azərbaycan Əsgəri!!

Solmaz Şirvanlı
www.kafiye.net