Vətənim!

Nə vaxtacan bölünəcək,gedəcək,
Düşmənimiz yurdda bayram edəcək,
Şamxaloğlu sinəsini didəcək,
Solmazı da qan ağlayan Vətənim?!
************
Param-parça olub xain əliylə,
Yaman üzləşmişik zalım, zəliylə,
Kaş gələ Koroğlu min-min dəliylə,
İtkin,şəhid soraqlayan Vətənim!
***********
Gələ Dəli Həsən,Halay pozanım,
Gələ Dədəm Qorqud,Dəli ozanım,
Solmaz,tərsə yazıb,tale yazanım,
Yaraları qəlb dağlayan Vətənim!

16-11-2016
Solmaz Şirvanlı
www.kafiye.net