Kəlbəcərli şair qardaşım İmam Cəmilliyə.

A Qardaş!

Nə yazım ay qardaş,yatsın ürəyə,
Kaş yetəsən hər bir arzu,diləyə,
Bir sözdən sarsılan qəlbi kövrəyə,
Alına o torpaq,alına o daş,
Öz elinə qovuşasan a qardaş!!
“””””””””””””
Gecə-gündüz ürəyində bir həsrət,
Üzür ürəyini bilirəm xiffət,
Gəl biz bacı-qardaş bağlayaq ülfət,
Od qoyaq yağıya eyləyək çaş-baş,
Doğma yurda qovuşasan a qardaş!
“”””””””””””””
Yağılar əlində qalıb Kəlbəcər,
Səsimə səs verə Nəbiynən-Həcər,
Bu yaşamaq deyil,vallah dərdi-sər,
Gəl çıxaq yollara biz yavaş-yavaş,
Gedib qovuşasan yurda a qardaş!
“””””””””””**
Solmazam,dayanmır gözümün yaşı,
Yağılar əlində torpağı-daşı,
Qalxın igidlərim başla savaşı,
Tutuşaq əl-ələ biz bacı-qardaş,
Öz yurduna qovuşasan a qardaş!

01-05-2016
Solmaz Şirvanlı
www.kafiye.net