Qəzəl.

Can dedim ol canana ki, bir baxışla duya məni,
Demədim ki,dərdə sala,göz yaşıyla yuya məni.
******
İnandım könül verdim mən ,öylə ki, ol dilbərimə,
Bilməz idim ağlar qoya,döndərə sel-suya məni.
**********
Həsrətini çəkərək mən,Leylidan betər olmuşam,
Məcnun tək sərsəri edib,zalım sevir guya məni?
*********
Yandı hicrin atəşində ,alovlarda yandı canım,
Axıtdırdı qanlı yaşı,döndərdi ah-vaya məni.
**********
Əğyar baxıb bu halıma,hiylə ilə gülümsəyir,
Solmaza eyləyib divan, yar döndərib zaya məni.

05-11-2016
Solmaz Şirvanlı
www.kafiye.net