Sevərsən Məni..
*

Sən eşq aləminə olanda sürgün,
Şirin xəyalların düşər didərgin.
Əgər qismətində varamsa, bir gün..
Gələrsən, görərsən, sevərsən məni.
*
Olarsan qəlbimin səsi, sədası,
Kədərin, nisgilin, qəmin nidası,
Verərsən könlünü mənə, qadası..
Gələrsən, görərsən, sevərsən məni.
*
Almışam çiçəkdən, güldən qoxunu,
Yoxdur ürəyimin özgə yaxını.
Elə pozaram ki, sənin yuxunu..
Gələrsən, görərsən, sevərsən məni.
*
Əlin toxunanda bir an əlimə,
Baxışların çəkər, sığal telimə.
Bənd olub qalarsan, şirin dilimə..
Gələrsən, görərsən, sevərsən məni.
*
Açarıq xoş günə, sevgiyə qucaq,
Qurarıq birlikdə, isti bir ocaq.
Düşərsən yurdundan, elindən uzaq..
Gələrsən, görərsən, sevərsən məni…
*

Dəstəgül Zamanlı
www.kafiye.net