DƏYDİ

Mən sevgimi üzə saldım
Arzum,kamım daşa dəydi.
Hikkələrə məruz qaldım
İmdad umdum boşa dəydi.
*
Ruhum küsdü,barışmadı
Ətraf işə qarışmadı
Aman umdum kar aşmadı
Bahar ömrüm qışa dəydi.
*
Dağa baxdım ,dağ göynədi
Ufaq sözdən bağ göynədi
Lal dayandım haqq göynədi
Lütf eylədim xışa dəydi.
*
Ahım qəlbdə yara oldu
Gündüzlərim qara oldu
Eşqim para-para oldu
Vəsfim sanki çaşa dəydi.
*
Dan istədim, zülmət oldu
Az istədim,minnət oldu
Nadan evi cənnət oldu
Dərdli gözüm yaşa dəydi.
*
Oxu dedim,bülbül susdu
Salim oldum,zalim küsdü
Tellərimə ağlar düşdü
Oxum süzüb quşa dəydi.
*
Lütf eylədi Nazlı yara
Məramına tapdı çara
Artıq geymir əyni qara
Zülmə oxu qoşa dəydi.

Nazlı Hacılı.
www.kafiye.net