ÖZÜN İSTEDİN..

Nə ahu-zar eyle,nə dünyaya küs,
Sən bu ayrılığı özün istədin..
Canına qəsd etmə,heç də olma süst,
Sən bu ayrılığı özün istədin..
**
Nankorluq elədin,əhdini pozdun,
Özün öz eşqinə dar məzar qazdın,
Sevgini bilərək şər yola yozdun
Sən bu ayrılığı özün istədin..
**
İtdin gözlərimdən həftəylə,ayla,
Heç qane olmadın Rəbb verən payla,
İndi uzaqlardan ha məni hayla,
Sən bu ayrılığı özün istədin..
**
Sevdiyinlə gəzdin mağarda,toyda,
Xəyanət olarmı məgər bu boyda?
Təzədən peşiman olsan nə fayda,
Sən bu ayrılığı özün istədin..
**
Aldın ,günahımı heç yerə aldın,
Suçsuz ürəyimi odlara saldın,
Sonunda özün də avara qaldın,
Sən bu ayrılığı özün sitədin.

Nazlı Hacılı.
28.10.2016.
www.kafiye.net