QALIB…

Gecə düşdü,ay oturdu taxtına,
Sən gəlmədin bağrım başı çat qalıb.
Nə qalıbdır daha sabah vaxtına,
Bəlkə ömrə bir ömürlük vaxt qalıb.
**
Kimi darda,kimi varda fırlanır,
Başım üstdə daha qar da fırlanır,
Heç bilmirəm bəxtim harda fırlanır,
Çaşdım dedim ,yəni məndə bəxt qalıb?
**
Məni üzən üzülməmə üzülmür,
Tərslik elə tərsə düşüb,çözülmür,
Vəfa gülmür,haqq haqq üstə düzülmür,
İnsaf,mürvet bu gedişə mat qalıb..
**
Qınaq yoxdur mənə baxan nisgilə,
Səd qoyulmur sel tək axan nisgilə,
Bir bax hələ mərdi yıxan nisgilə,
Xeyir dinmir,şər şənlənib şad qalıb..
**
Seven sevir ,eşq qolunda məst olur,
Nə yazıq ki,sevgidə də qəsd olur,
Yadlar gəlir qohum olur,dost olur,
Ama Nazlı ən doğmaya yad qalıb..

Nazlı Hacılı.
www.kafiye.net