Bilsin Diyerem

Bilsin deyirəm cümlə-cahan, yad elə yaddır,
İstər ola Sultan, ola Xan, yad elə yaddır!

İstərsə gözündən ona nur ver, bəd ayaqda,
Bilməz, onu doğma kimi san, yad elə yaddır!

Pərvanəsi ol, başlna fırlan gecə-gündüz,
Olmaz ki, vəfası, elə yan, yad elə yaddır!

Aldat özün öz başını, bir gün görəcəksən,
Əfsus, eləyib bağrını qan, yad elə yaddır!

Canından əziz tut, ona dünyanı bağışla,
Etsən də fəda sən yada can, yad elə yaddır!.

Doğma sanaraq bir yadı bax, dərsimi aldım,
Yatma dəli könlüm, gəl oyan, yad elə yaddır!

Ey Dəstəgül anla, yada bel bağlama, bil ki,
Xəlq etdiyi andan Yaradan, yad elə yaddır!


Dəstəgül Zamanlı
www.kafiye.net