NƏYİMƏ GƏRƏK…

Səssiz sakit bir sabah, çıxıb getdin yanımdan
Həmən gündən öc aldı həsrət mənim canımdan
İllər keçsə bu sevda heç vaxt çıxmaz qanımdan
Ey vəfasız sen getdin adın qaldı yadigâr
Sənsiz nəyimə gərək, gəlsə necə yaz,bahar.
***
Bağlarda güllər açmış, gül bülbülə naz edər
İçim qan ,gözlərim nəm tərk etməz məni kədər
Bunca cəfa çəksəm də sayəndə oldu hədər
Ey vəfasız sən getdin adın qaldı yadigar
Sənsiz nəyimə gərək, gəlsə necə yaz,bahar.
***
Ağlıma sən gələndə yuxum qaçır gözümdən
İçimi atəş sarır kədər yağır üzümdən
Vücudumu dərd alır, taqət gedir dizimdən
Ey vəfasız sən getdin, adın qaldı yadigar
Sənsiz nəyimə gərək, gəlsə necə yaz,bahar.
***
Çəkdiyim âh-u zardan yandı,əridi dağlar
Sən verən acılardan ürəyim yara bağlar
Səndən xəbər almadım, gözlərim qaldı ağlar
Ey vəfasız sən getdin, adın qaldı yâdigar
Sənsiz nəyimə gərək, gəlsə necə yaz,bahar.

Nazlı Hacılı.
19.09.2016.
www.kafiye.net