şiir. öykü, makale, deneme, tiyatro, masal, fıkra, anı, sohbet, röportaj yazılarının yayınlandığı uluslara arası yazar ve şairlerin katılım gösterdiği edebiyat sayfasıdır. Uyum platformudur.
SƏN YOXSAN..
Bahar yerindədir,yaz yerindədir,
Ocaq yerindədir,köz yerindədir,
Bütün gördüklərin öz yerindədir,
Ama nə fayda ki,təkcə sən yoxsan..
*
Çaylar yerindədir,dağ yerindədir,
Çəmən yerindədir,bağ yerindədir,
Zaman yerindədir,çağ yerindədir,
Ama nə fayda ki,təkcə sən yoxsan..
*
Gedir axarıyla bu gözəl həyat,
Gül-çiçək sevinir ,açır qol-qanad,
Yenə əvvəlki tək gülür kainat,
Ama nə fayda ki,təkcə sən yoxsan..
*
Sinəmi dağlayır sənsizlik qəmi,
Yoxdur daha mənə könül həmdəmi,
Həsrətdən olmuşam yelkənsiz gəmi,
Ama nə fayda ki,təkcə sən yoxsan..
*
Hər gün oyanıram sənsiz sabaha,
İnsafsız batma gəl bunca günaha,
Bütün ümidimi kəsmişəm daha,
Ama nə fayda ki,təkcə sən yoxsan..
Nazlı Hacılı.
21.09.2016.
www.kafiye.net
Yorum Yapın